Xəbərlər

“BİSMAK” Qida Sənaye Kompleksi MMC 2004-cü ilin Aprel ayında təsis edilmiş və 2005-ci ilin Noyabr ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir.

Kompleks Sumqayıt şəhərinin Sənaye Zonasında yerləşir və 81600 m2 sahəni əhatə edir. Bu kompleksə müasir üslubda tikilmiş üç mərtəbəli ofis binası, 7 istehsal xəttinə sahib Biskivit fabriki, 3 istehsal xəttinə sahib Makaron fabriki, müasir Dəyirman kompleksi və 2 şokolad istehsal xətti, 1 marmelad xətti və 1 draje xəttindən ibarət Şokolad fabriki daxildir. Kompleksdə 350 nəfərdən artıq işçi çalışır. Yeni istehsal bölmələrinin açılması ilə işçi sayısı artırılacaqdır.

Şirkətin əsas məqsədi yeni texnologiyalar əsasında yüksək keyfiyyətli məhsul istehsal etməklə yerli istehsalı gücləndirmək və xarici bazarlara rəqabət qabiliyyətli məhsullar ixrac etməkdir.


Regionun qida sənayesinin qabaqcıl istehsalçısı olmaq. Fəaliyyət göstərdiyimiz bütün regionlarda bütövlükdə əməkdaşlarımızın, tərəfdaşlarımızın və cəmiyyətin tərəqqisinə və inkişafına şərait yaratmaq. İşimizin əsas prinsipi: biz işimizi mükəmməl səviyyədə yerinə yetiririk.

Dürüstlük, Məsuliyyət, Aşkar fəaliyyət, Tam faydalı iş əmsalı, Daimi inkişaf, Yeniliklər.

Müştərilər – diqqət mərkəzimiz müştərilərimiz, onların ehtiyac və istəkləridir

Müştəri tələbatının vaxtında ödənilməsi (qarşılanması)
Biz hadisələrdən xəbərdar olmağa can atır, dinləməyi bacarır və hər zaman dialoqa hazırıq
Əlverişlilik – istehlakçılarla sıx əlaqədə olmaq

Əməkdaşlar – Qida istehsalı sahəsində ən yaxşı iş yerinin və inkişaf üçün uyğun şəraitin yaradılması

Xoş və məhsuldar iş mühitinin yaradılması, elə bir mühit ki, burada insanlar qadir olduqları tam müvəffəqiyyətə doğru can atırlar
Daima fərdi və peşəkar inkişafın təşviqi (həvəsləndirilməsi, motivasiyası)

Şəxsi və iş həyatı arasındakı ən yaxşı balans
Komanda işinin stimullaşdırılması

Məhsul – Biz yalnız fəxr edə biləcəyimiz məhsulları istehsal edirik

Keyfiyyət və qiymətin ən uyğun nisbətini qoruyub saxlamaq
Keyfiyyətin (liderliyin) qorunub saxlanması üçün araşdırma və inkişaf proqramlarına daimi investisiya
Biz nəinki insanları məmnun edən, həmçinin onların ehtiyaclarını və istəklərini qabaqlayan məhsullar istehsal etməyə can atırıq

Partnyorlar – Ən yaxşı tərəfdaşlıq şəbəkəsinin yaradılması

Dürüstlük (səmimilik) və etimada əsaslanan sıx əlaqələr qurmaq
Sifarişçilər üçün lazımi anda və lazımi yerdə olmaq

Texnologiya – dünya standartları Azərbaycan bazarında

Biz işimizi yaxşılaşdıraraq daima yeni ideyalar axtarır, yaradıcılıq ideyalarını və həllərini dəstəkləyir, eyni zamanda tətbiq edirik
Daim yeni texnologiyaların əldə edilməsi və məhsul çeşidlərinin artırılması üçün investisiya qoyuruq