Xəbərlər

Biskvit Fabriki 4200 m2 sahəni əhatə edir. Fabrikdə quraşdırılmış məşhur Lasedor şirkətinin ən müasir avropa standartlarına cavab verən avadanlığında aşağıdakı növ məhsullar istehsal olunur:

Sərt peçenyelər;
Kremli peçenyelər;
Şəkərli peçenyelər;
Şokoladlı peçenyelər;
Zefir;
Vaflilər;
Marmeladlar;
Qurabiyələr;
Pryaniklər;
Krekerlər

Biskvit Fabrikində peçenye istehsal xətti, 2 vafli xətti, 2 pryanik: pryanik xətti və assorti qurabiyə xətti, 2 şokoladlama xətti, 2 kremləmə xətti, sendviç xətti və Marmelad bölümü mövcüddur. İstehsal olunan məhsulun yüksək keyfiyyətinin qorunması, xarici təsirlərdən təsirlənməməsi üçün məhsulların qablaşdırılmasına üstünlük verilir. Belə ki, Biskvit Fabrikində müxtəlif xassəli toplam 15 qablaşdırma avadanlığından istifadə olunur. Bu da öz növbəsində istehlakçıya müxtəlif praktik qablaşdırmada gözəl və gigiyena tələblərinə cavab verən məhsullar təqdim etməyə imkan verir. Fabrikin istehsal gücü Peçenye xətti üçün 800-1000 kq/saat, Vafli və Pryanik xətlərinin hər biri üçün gündəlik olaraq 4 t təşkil edir. Yaxın vaxtlarda fabrikə yeni peçenye xətti qurulucaq.
Biskvit fabrikinin nəzdində olan Xəmirxanada Rusiyadan gətirilən xüsusi sərt növ buğdadan hazırlanan un əsasında özünəməxsus reseptlər əsasında müvafiq xəmirlər hazırlanır. Xəmirin hazırlanma prosesi zamanı heç bir kimyəvi qatqıdan və genetik modifikasiya olunmuş (GMO) məhsullardan istifadə olunmur. İstehsal prosesi yüksək ixtisaslı keyfiyyətə nəzarət mütəxəssislərinin nəzarəti altındadır və tam avtomatlaşırılıb.


Dəyirman Kompleksi 1800 m2 sahəni əhatə edir. Kompleksin tərkibinə hər biri 2000 ton buğda tutumlu 4 bunker (silos), un və irmik (mannı yarması) dəyirmanları daxildir. İstehsal taxıl təmizləmə, üyütmə və qablaşdırma xətlərindən ibarətdir. Dəyirman Kompleksi müasir Avropa texnologiyası ilə təchiz olunub və mərkəzi idarəetmə sisteminə sahibdir. Gündəlik istehsal gücü 250 ton taxıl təşkil edir.


Makaron Fabriki 3100 m2 sahəni əhatə edir. Fabrikdə İsveçrənin “Bühler” və Almaniyanın “Kelle Mayer” şirkətlərinin müasir avadanlıqları quraşdırılıb. Fabrikdə 1 ədəd çubuq (uzun) və 2 ədəd qısa makaron xətti mövcuddur. Hər bir istehsal xətti avtomatik idarəetmə sisteminə qoşulub və istehsal prosesinə tam nəzarət etməyə imkan verir. İstehsal xətlərinin ən son texnologiyalar ilə təchiz olunması, silindirlərlə 3 mərhələli qurutma, istifadə olunan unun yüksək üyütmə əmsalı yüksək keyfiyyətli və müxtəlif çeşidli məhsul istehsalına imkan verir. İstehsal olunan makaron, spagetti və bukatini çeşidlərinin istehsalında sərt buğdadan istifadə olunur və məhsullar əla bişmə xassələri ilə fərqlənir. Makaron Fabrikinin gündəlik istehsal gücü 50 ton təşkil edir.


Şokolad Fabriki Avropanın ən müasir avadanlığı ilə təchiz olunub və Bar xətti və One Shot xəttindən ibarətdir. Bar xəttində pomada və praline, One Shot xəttində isə dolğulu (içlikli) və Plitka şokolad istehsal olunur. İstehsal texnologiyası mövcud avadanlıqlarla müxtəlif çeşiddə fərqli dad və tərkibli şokolad məhsulları və jelatin istehsal etməyə imkan verir. Fabrikin istehsal gücü hər istehsal xətti üçün 500 kq/saat təşkil edir. Yaxın vaxtlarda Almaniya istehsalı olan müasir marmelad xətti quraşdırılacaq.


Bismak Qida Sənaye Kompleksi nəzdində fəaliyyət göstərən Laboratoriya məhsulların bütün istehsal mərhələlərində keyfiyyətinə nəzarət edə bilən Almaniya, Yaponiya, İsveç, Rusiya və Çin istehsalı olan müasir avadanlıqlarla ilə təchiz olunub. Belə ki, kompleksə daxil olan buğdanın xassələri və istehsal üçün uyğunluğu, istehsal olunan unun üyüdülmə faizi və nəmliyi, hazır məhsulların isə texniki şərtlərə uyğunluğu Laboratoriyanın yüksək ixtisaslı mütəxəssislərinin nəzarəti altındadır. Kompleksdə istehsal olunan bütün mallar ekoloji təmiz məhsullardır və tərkibində genetik modifikasiya olunmuş (GMO) qatqılar yoxdur.